Almaniya bir neçə milyard avro dəyərində hərbi texnika almağa hazırlaşır

30.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika, o cümlədən 20 “Eurofighter Typhoon” qırıcısı, 3000 “Boxer” zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təkcə “Eurofighter Typhoon” qırıcılarının sifarişi Almaniyaya 4-5 milyard avroya, “Boxer” zirehli maşınlarının və “Patria” döyüş maşınlarının alınması isə müvafiq olaraq 10 milyard avro və 7 milyard avroya başa gələcək.

Avadanlığın 10 il ərzində Almaniyaya çatdırılması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью