Almaniya bu ölkəyə daha silah satmayacaq QƏRAR!

08.08.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya hökuməti İsrailə silah ixracını müvəqqəti olaraq dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers açıqlama verib.

O bildirib ki, İsrail girovları azad etməli və atəşkəs əldə olunmalıdır. Kanslerin sözlərinə görə, hazırkı şəraitdə Almaniya hökuməti heç bir hərbi avadanlığın İsrailə göndərilməsinə razılıq verməyəcək. pizza

Qərar beynəlxalq arenada diqqət çəkib. Çin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlarla bağlı narahatlıqlarını ifadə ediblər. Böyük Britaniya və İspaniya da oxşar mövqedən çıxış edərək, bölgədə gərginliyin azaldılması üçün çağırışlar ediblər.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью