Bizim media saytına istinadən Icma.az xəbər verir.
Almaniyada, xüsusilə texniki peşələr və səhiyyə sektorunda ixtisaslı kadr çatışmazlığı müşahidə olunur.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyinin 2025-ci il üzrə təhlilinə əsasən, ölkədə 157 peşə qrupu üzrə ixtisaslı işçi çatışmazlığı müəyyən edilib.
Ən çox tələb olunan peşələr:
Santexnik (Anlagenmechaniker / SHK) - 3 200 € – 4 500 €
Elektrik mühəndisi (Elektroniker) - 5 000 € – 7 200 €
Qaynaqçı (Schweißer) - 3 200 € – 4 500 €
Tibb bacısı / Səhiyyə işçisi (Pflegefachkraft) - 4 100 € – 5 100 €
Maşınqayırma mühəndisi (Maschinenbauingenieur) - 5 500 € – 6 500 €
İnşaat mühəndisi (Bauingenieur) - 4 500 € – 6 500 €
Mexanik (Mechatroniker) - 3 500 € – 4 700 €
Almaniyada işləmək üçün nə tələb olunur?
Peşə təhsili diplomu və ya usta sertifikatı (Meisterbrief).
İş təcrübəsi.
Alman dili biliyi (peşədən asılı olaraq, adətən A2-dən B2 səviyyəsinə qədər).
İxtisasın tanınması (Anerkennung) – zəruri hallarda.
Müvafiq iş vizası.
Bizim.Media