Almaniya Bundesliqası: Meydan sahiblərindən turda qələbə qazanan olmadı

02.03.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Auqsburq” – “Frayburq” matçı qolsuz bitib. “Union Berlin” isə evdə “Holştayn”a uduzub.

Beləliklə, bu turda meydan sahiblərindən qələbə qazanan olmayıb.

Hazırda 61 xala malik “Bayern Münhen” vahid liderdir. “Bayer Leverkuzen” 53 xalla ikinci, 42 xalı olan “Ayntraxt” üçüncü pillədə qərarlaşıb. 

Almaniya Bundesliqası
24-cü tur
28 fevral

Ştutqart Bayern Münhen 1:3
Qollar: Stiller, 34 – Olise, 45. Qoretska, 64. Koman, 90.

1 mart

Boxum Hoffenhaym 0:1
Qol: Bişof, 72.

Haydenhaym Borussiya Mönhenqladbax 0:3
Qollar: Hak, 8; 59. Nqumu, 18.

Leyptsiq Maynts 1:2
Qollar: Simons, 1 – Amiri, 52. Burkardt, 58.

Sankt Pauli Borussiya Dortmund 0:2
Qollar: Girassi, 50. Adeyemi, 58.

Verder Volfsburq 1:2
Qollar: Vayzer, 90 – Vimmer, 6; 48.

Ayntraxt Bayer Leverkuzen 1:4
Qollar: Ekitike, 37 – Tella, 26. Mukiele, 29. Şik, 33. A.Qarsiya, 62.

2 mart

Union Berlin – Holştayn 0:1
Qol
: Giqoviç, 43.

Auqsburq – Frayburq 0:0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью