Almaniya Bundesliqası: “Stutqart” səfərdən qələbə ilə dönür

25.01.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində “Borussiya Münhenqladbax” “Ştutqart”ı qəbul edib.

İdman.Biz xəər verir ki, matç üç cavabsız qolla başa çatıb.

33-cü dəqiqədə “Ştutqart”ın heyətindən Jamie Levelliq fərqlənib. 67-ci dəqiqədə “Borussiya Münhenqladbax”ın oyunçusu Joe Skalli avtoqol müəllifi olub. Matçın yekun hesabını müəyyənləşdirən qolu 74-cü dəqiqədə Deniz Undav vurub.

Bu nəticədən sonra Mönhenqladbax “Borussiya”sı 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Ştutqart” isə 36 xalla Bundesliqada dördüncü yerdədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью