Almaniya Bundesliqasında heç vaxt bu sürət olmamışdı

22.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Almaniya Bundesliqasında sürət rekordu qırılıb.

QOL.az xəbər verir ki, bu haqda Bundesliqa “X” sosial şəbəkəsində məlumat yayıb.

“Ayntraxt”ın 19 yaşlı cinah hücumçusu Jan-Matteo Baoyya Almaniya 26-cı turda “Bohum”a qarşı keçirilən oyunda (1:3) 37,16 km/saat sürət yığaraq liqanın ən sürətli futbolçusu olub.

Bunadək Almaniya çempionatı tarixində rekord 36,82 km/saat sürət həddində idi. 

Bu oyunda Baoyya 32-ci dəqiqədə komandasının 2-ci qolunu vurmağı da bacarıb. Cari mövsümdə Baoyya bütün turnirlərdə 24 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью