Almaniya Bundestaqının sabiq sədri vəfat edib

01.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 1 fevral, AZƏRTAC

Almaniya parlamentinin – Bundestaqın sabiq sədri Rita Züssmut vəfat edib. Xristian Demokratlar İttifaqının (CDU) üzvü olan siyasətçi 88 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin hazırkı sədri Yuliya Klökner X platformasında məlumat verib.

R.Züssmut 1987-2002-ci illərdə Almaniya Bundestaqının üzvü olub. O, on il ərzində - 1988-1998-ci illərdə isə parlamentin sədri vəzifəsini icra edib. R.Züssmut 1985-1988-ci illərdə Kansler Helmut Kolun rəhbərlik etdiyi hökumətdə ailə məsələləri, yaşlılar, qadınlar və gənclər naziri vəzifəsində fəaliyyət göstərib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью