Almaniya bununla müharibə yolunu seçdi Kosaçev

10.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı diplomatik vasitələrin tükəndiyini bəyan etməsi ölkənin müharibə yolunu seçdiyini göstərir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

“Deməli, AB-nin açar dövləti müharibə yolunu qəti şəkildə seçir. Çünki diplomatiyanın “tükəndiyi” elan olunursa, bu, müharibəyə birbaşa hazırlıqdır. “Ya dediyimizi edin, ya da sonuncuya qədər vuruşacağıq”, - deməsi diplomatiya deyil. Eynilə, Ukraynanı yenidən silahla təmin etmək üçün imzalanacaq müvəqqəti atəşkəs də diplomatiya deyil”, - K.Kosaçev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью