Almaniya çip istehsalına 2 milyard avro sərmayə qoyacaq

29.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Almaniya yarımkeçiricilərin inkişafı və istehsalına 2 milyard avro sərmayə qoymağa hazırlaşır. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniya hökuməti bu vəsaiti yarımkeçiricilər, onlar üçün komponentlər və s. istehsalı ilə bağlı 10-15 layihə arasında bölüşdürmək niyyətindədir.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü Annika Einhorn bildirib ki, çip istehsalçılarına sənayenin mövcud inkişaf səviyyəsini əhəmiyyətli dərəcədə aşan müasir istehsal müəssisələrinin inkişafı üçün vəsait ayrılması planlaşdırılır. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью