Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya sentyabrın 18-dən etibarən Bonndakı Rusiya Baş Konsulluğunun bağlanacağını və Berlindəki Rus Evi ilə bağlı müqavilənin ləğv olunacağını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Almaniya Rusiya ilə münasibətlərdə misli görünməmiş gərginlik yaradıb. Ekspertlər hesab edirlər ki, Rusiya buna cavab olaraq, Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunu bağlaya və Höte İnstitutunun Rusiyadakı fəaliyyətinə xitam verə bilər”, - nəşr bildirib.