Almaniya daha 10 min ukraynalıya hərbi təlim keçəcək

09.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Almaniya 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin 10 min əsgərinə təlim keçməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

“Yeni ildə biz Ukrayna hərbçilərinin təlimini davam etdirəcəyik. Bu il də hədəfimiz 10 min əsgərdir”, - deyə o, Ramşteyn Hava Bazasında keçirdiyi brifinqdə bildirib.

Pistorius bildirib ki, 2022-ci ilin noyabrından Almaniya artıq 19 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью