Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

16.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 iyun, AZƏRTAC

Bundesver (Almaniya Silahlı Qüvvələri) pilotsuz uçuş aparatlarından (PUA) müdafiə imkanlarının gücləndirilməsinə milyardlarla avro vəsait ayırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Nazirin sözlərinə görə, hazırda PUA-larla bağlı fəaliyyət planı hazırlanır və onilliyin sonunadək bu sahəyə təxminən 16 milyard avro sərmayə yatırılması nəzərdə tutulur.

Pistorius bildirib ki, Almaniya həm kəşfiyyat və zərbə dronları, həm də dron hücumlarının qarşısını alan sistemlər əldə edir. O vurğulayıb ki, əsas məqsəd bu imkanları operativ şəkildə ordunun istifadəsinə vermək və təlimlərdə tətbiq etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью