Almaniya ehtiyatlarından vaz keçir

09.01.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Almaniya “IRIS-T” hava hücumundan müdafiə sistemi üçün əlavə idarə olunan raketləri ən qısa zamanda Ukraynaya təhvil verəcək”.
Reyting.az
-ın xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn-25) iclasında deyib.
Onun sözlərinə görə, bu raketlər Bundesver üçün nəzərdə tutulsa da, istehsaldan birbaşa Ukraynaya göndəriləcək. “Biz ehtiyatlarımızı doldurmazdan əvvəl Ukraynaya ilk olaraq raketlər tədarük edirik”, - Pistorius əlavə edib.
ELÇİN

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью