Almaniya elektrikli nəqliyyat vasitələrinin istehsalında ABŞ ı geridə qoyub

04.02.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya elektrikli nəqliyyat vasitələrinin istehsalında ABŞ-ı geridə qoyub.

Banco.az xəbər verir ki, “Alman Avtomobil Sənayesi Birliyi” (VDA) tərəfindən yayılan məlumata görə, ötən il Almaniyada istehsal olunan elektrikli avtomobillərin sayı əvvəlki illə müqayisədə 23 faiz artaraq 1,67 milyon ədədə yüksəlib.

Ölkədə istehsal edilən tam elektrikli avtomobillərin sayı 15 faiz artaraq 1,22 milyon ədədə çatıb. Qoşulan hibrid avtomobillərin istehsalı isə 54 faiz artaraq 450 min ədəd təşkil edib.

Beləliklə, Almaniya 1,04 milyon avtomobil istehsal edən ABŞ-ni geridə qoyaraq dünyanın ikinci ən böyük elektrikli avtomobil istehsalçısı mövqeyini qoruyub saxlayıb. Qlobal siyahının birinci pilləsində isə 16,1 milyon ədəd istehsal həcmi ilə Çin yer alıb.

“VDA” Almaniyada elektrikli avtomobil istehsalının bu il də 6 faiz artacağını proqnozlaşdırır. Bu artım nəticəsində ölkə üzrə ümumi elektrikli avtomobil istehsalının 1,76 milyon ədədə çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью