Almaniya, Fransa və Britaniya İranı pislədi

13.07.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə və region ölkələrinə qarşı həyata keçirdiyi hücumları qınayıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, üç ölkənin birgə bəyanatında İranın Hörmüz boğazında ticarət gəmiçiliyinə, eləcə də Qətər, Küveyt, Oman və İordaniya daxil olmaqla region dövlətlərinə qarşı hücumları pislənib.

E3 formatı (Almaniya, Fransa və Böyük Britaniya) adı ilə tanınan qrup tərəfləri atəşkəsi bərpa etməyə və münaqişənin həlli üçün danışıqları yenidən başlamağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью