Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Fransada baş verən zorakı kütləvi etirazlarla əlaqədar ölkəyə səyahət xəbərdarlığını yeniləyib.
Turkustan.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi yaxın günlərdə Fransanın müxtəlif bölgələrində yeni nümayişlərin keçirilə biləcəyi və zorakılıq hallarının baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin bəyanatında bildirilib ki, 17 oktyabr 2026-cı ildə keçirilən etirazlar zamanı Fransanın müxtəlif bölgələrində zorakı hadisələr baş verib. Almaniya vətəndaşlarına ehtiyatlı olmaq və mümkün qədər nümayişlərdən uzaq durmaq tövsiyə edilib.
Bəyanatda həmçinin vətəndaşlar yerli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırılıb. Qeyd olunub ki, yeni hüquqi qaydalara əsasən, icazəsiz və zorakı nümayişlərlə bağlı tələblərə əməl etməyən şəxslər cərimə və ya dəymiş ziyana görə kompensasiya ödəməli ola bilərlər.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Katrin Deşauer Berlində keçirilən mətbuat konfransında Fransadakı vəziyyəti diqqətlə izlədiklərini bildirib.
Aytən Yaşar/Turkustan.az