Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə yeni müqavilə imzalayıb AZƏRTAC

24.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 yanvar, AZƏRTAC

Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman ilə müqavilənin müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb. Yeni sözləşməyə əsasən, 37 yaşlı mütəxəssis 2028-ci ilədək Bundestimə rəhbərlik edəcək.

Əvvəlki müqavilə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər qüvvədə idi.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabr ayından Almaniya seçməsini çalışdırır. Yığma onun rəhbərliyi altında 18 oyun keçirib. Bu matçlarda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью