Almaniya gərginliyin artmasından narahatdır

01.06.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın xarici işlər naziri Johan Vadeful İsrail ordusunun Livanın cənubunda irəliləməsinin ciddi narahatlıq doğurduğunu bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o, ABŞ-də Birləşmiş Millətlər Təşkilatının (BMT) toplantıları çərçivəsində jurnalistlərə verdiyi açıqlamada “İsrail ordusunun Livanın cənubunda irəliləməsi böyük narahatlıq mənbəyidir”,- deyə vurğulayıb. 

Almaniyanın xarici işlər naziri bütün tərəfləri təcili şəkildə hərbi əməliyyatları dayandırmağa və razılaşdırılmış atəşkəs rejiminə geri dönməyə çağırıb. 

O, həmçinin İsrailin “Hizbullah”-a qarşı həyata keçirdiyi əməliyyatlar zamanı mülki əhalini və mülki infrastrukturu qorumaq öhdəliyi daşıdığını qeyd edib. Vadeful ölkədə sabitliyin təmini üçün Livan dövlət institutlarının gücləndirilməsinin vacibliyinə diqqət çəkib. 

O bildirib ki, bunun üçün Livan hökuməti də Hizbullaha qarşı qətiyyətli addımlar atmalıdır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью