Almaniya geri çağırdığı səfirini İrana göndərdi

29.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Oktyabrın 30-da İranı tərk edən Almaniya səfiri Markus Motsel noyabrın 28-də Tehrana geri qayıdıb və vəzifəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin Tehranda edam edilməsindən sonra Almaniya Xarici İşlər Nazirliyi səfiri Tehrandan geri çağırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью