Almaniya Gürcüstana ayrılan maliyyə yardımını dayandırdı

24.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya müxtəlif layihələr üçün Gürcüstana ayrılan 237 milyon avro məbləğində maliyyə yardımını dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya səfiri Peter Fişer bildirib.

Söhbət yaşıl hidrogenin, enerji layihələrinin, eləcə də Batuminin su infrastrukturunun maliyyələşdirilməsindən gedir. 

Almaniya hakimiyyətinin belə bir qərara gəlməsinə səbəb Gürcüstanın Aİ yolundan uzaqlaşmasıdır. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью