Almaniya Gürcüstanı 237 milyon avrodan məhrum etdi

23.12.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer "X" hesabında bildirib.

"Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq", - Peter Fişer yazıb.

Onun sözlərinə görə, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib. /APA
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью