Almaniya Gürcüstanla iqtisadi əməkdaşlığı dayandırır

04.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Almaniya Gürcüstanla yeni layihələr həyata keçirməyəcək və kredit sazişləri rəsmiləşdirməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyindən bildirilib.

Nazirlik Gürcüstanla ikitərəfli əməkdaşlığın yenidən nəzərdən keçiriləcəyini qeyd edib.

Bundan öncə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirmişdi ki, Gürcüstanın Avropa İttifaqı dəyərlərindən uzaqlaşması xarici investisiyaları əngəlləyəcək. O, “Heidelberg Cement” şirkətinin Gürcüstan bazarını tərk etməsini buna misal göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью