Almaniya hərəkətə keçdi: Bu stansiyalar yenidən işə salınacaq

15.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada kömür elektirik stansiyaları yenidən fəaliyyətə başlaya bilər.

Axar.az xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi qarşıdan gələn qış mövsümündə təbii qaza qənaət etmək məqsədilə ehtiyat kömür elektrik stansiyalarının yenidən fəaliyyətə başlamasını nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Bu addım qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və yanacaq çatışmazlığı riskinin artması fonunda gündəmə gəlib.

Bildirilib ki, əlavə elektrik enerjisi istehsalı güclərindən ən geci 2028-ci ilin mart ayının sonunadək istifadə edilməsi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью