Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi

23.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya hökuməti elektromobil aslışının subsidiyalaşdırılması ilə bağlı fikrini dəyişib. 
Avtosfer.az xəbər verir ki, rəsmi Berlin 2023-cü ilin sonunda elektromobil alanlara subsidiya verilməsini dayandırmışdı.

Bundan sonra ölkədə sözügedən texnikanın satışları kəskin azalmışdı.

İndi isə plan dəyişib və 2029-cu ilədək büdcədən bununla bağlı 3 milyard avro ayrılacaq.

Elektromobil və hibrid avtomobil alanlara modeldən və ailə vəziyyətindən asılı olaraq 1 500–6 000 avro (3 000-12 000 AZN) arası subsidiya veriləcək. Layihədə məqsəd aşağı gəlirli ailələr üçün elektromobilin əlçatan edilməsidir.

Layihə müəlliflərinin fikrincə, yeni plan ölkədə elektromobil satışının 17 faiz artmasına səbəb olacaq.

2025-ci ildə ölkədə 545 000 ədəd elektromobil satılıb ki, bu da illik əasda 43 faiz artım deməkdir.

Bununla belə, Almaniya elektromobil və hibrid satışına görə Skandinaviya ölkələrindən geri qalır.

Vüqar

Oxunub 52

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью