Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Almaniya kansleri Fridrix Mers ABŞ-nin Qərb hökumətlərini öz ölkələrində miqrasiya siyasətini daha da sərtləşdirməyə çağıran tövsiyəsini rədd edib.
Redaktor.az bu barədə "Der Spiegel"ə istinadla xəbər verir.
“Miqrasiya siyasəti bizim işimizdir və biz onu lazım bildiyimiz kimi həyata keçiririk. Xaricdən gələn nəsihətlərə ehtiyacımız yoxdur”, - deyə siyasətçi bildirib.
Mers əlavə edib ki, Almaniya hökuməti formalaşdığı ilk gündən “düzgün yolda” irəliləyir.
Aytəkin TOFİQQIZI