Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Almaniya kansleri Fridrix Merz hökumətin kritik infrastruktur obyektlərinin, o cümlədən elektrik şəbəkələrinin hücumlardan qorunmasını gücləndirməyi planlaşdırdığını bəyan edib.
APA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Merz bildirib ki, bu addımlar ilk növbədə sözügedən infrastrukturla bağlı məlumatların ictimaiyyət üçün asanlıqla əlçatan olmamasını nəzərdə tutur.
Kanslerin sözlərinə görə, bu, təhlükəsizliklə bağlı olan geodata və digər məlumatlara da aiddir.
“Biz həddindən artıq şəffaflıqdan uzaqlaşmalı və daha yüksək dayanıqlılığa keçməliyik”, - Merz vurğulayıb.