Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 11 noyabr, AZƏRTAC
Almaniya hökuməti qaz təchizatının fövqəladə hallarda fasiləsizliyini təmin etmək məqsədilə strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, ehtiyat qaz tədarükünün tamamilə dayandığı, infrastruktur obyektlərinə təxribat və ya hücumların baş verdiyi hallarda ölkənin 30 gün ərzində qazla təminatına imkan verəcək.
İqtisadiyyat naziri Katerina Rayxenin təqdim etdiyi qanun layihəsinə əsasən, ehtiyatın həcminin 24 teravatt-saat olması nəzərdə tutulur. Onun yaradılması qaz istehlakçıları üçün xüsusi yığım hesabına maliyyələşdiriləcək. Yığımın tətbiqinə 2027-ci il oktyabrın 1-dən başlanması planlaşdırılır.
Nazir strateji ehtiyatın yüksək enerji qiymətlərinə qarşı deyil, təchizat böhranlarına qarşı əlavə təhlükəsizlik mexanizmi kimi nəzərdə tutulduğunu açıqlayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin