Almaniya hökumətində Ukrayna ilə bağlı münaqişə var..? | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya hökumətinin son iclaslarının birində Almaniya kansleri Olaf Şolzla xarici işlər naziri Annalena Baerbok arasında münaqişə baş verib.
Müzakirələr zamanı Şolz Xarici İşlər Nazirliyinin rəhbərinin Ukraynaya maliyyə yardımının ayrılması ilə bağlı təklif etdiyi layihəni dəstəkləməkdən imtina edib və bu, Berbokun kəskin reaksiyasına səbəb olub.
SİA-nın məlumatına görə, hadisə Ukraynaya üç milyard avronun transferi ilə bağlı növbəti müzakirə fonunda baş verib.
Narazılığını gizlətməyən Berbok kanslerin dialoqu davam etdirmək cəhdlərinə məhəl qoymadan nümayişkaranə şəkildə iclası tərk edib.
Mənbələrin bildirdiyinə görə, Şolz nazirin gedişinin qarşısını ala bilməyib.
Bild qəzeti qeyd edib ki, Almaniya rəhbərliyinin nümayəndələri arasında münaqişə ictimai xarakter daşıyır.
Qeyd edək ki, Berbok daha əvvəl Şolz-u Ukraynaya dəstəyi artırmaq təşəbbüslərinə mane olduğuna görə tənqid etmişdi.
Tam oxu
Xəbəri oxu