Almaniya İkinci Dünya müharibəsindən sonra ilkə imza atdı

01.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya zirehli tank briqadasının Litvada rəsmən xidmətə başlaması mərasimi keçirilib.

Oxu.Az DPA-ya istinadla xəbər verir ki, 45-ci zirehli tank briqadasının yerləşdirilməsinə hələ ötən il başlanılıb.

Hərbi bölmədə xidmət aparacaq şəxsi heyətin 5 min nəfərdən ibarət olacağı planlaşdırılır. Onlar Litva-Belarus sərhədindən təqribən 30 kilometr aralıdakı Rudninkay poliqonunda tikiləcək kazarmalarda qalacaqlar.

Hazırda Litvada 150 alman hərbi qulluqçusu var, ilin sonuna kimi onların sayı 500-ə çatacaq.

Bildirilir ki, bu, İkinci Dünya müharibəsindən sonra Almaniyanın xaricdə ilk daimi qoşun yerləşdirməsi faktıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью