Almaniya ilə heç vaxt “körpüləri” dağıtmamışıq Neçayev

07.09.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Almaniya ilə heç vaxt “körpüləri” dağıtmayıb və Rusiya tərəfi almanların sağlam düşüncəsinin iki ölkə arasında münasibətlərin bərpasına töhfə verəcəyinə ümid edir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib.

“Alman cəmiyyətində həm siyasi təbəqədə, həm də sadə vətəndaşlar arasında münasibətlərin bərpasına tələb var. Biz bunu bilirik, bunu görürük və məncə, alman siyasətçilərinin də buna hazır olacağı anlayışı ilə bu cür qarşılıqlı addımlar atmaq olar", - Neçayev qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью