Almaniya ilə oyunu buraxacaq

20.03.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya millisinin hücumçusu Mateo Reteqi Millətlər Liqasının 1/4 finalında Almaniya ilə ilk oyunu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə baş məşqçi Luçano Spaletti danışıb. O, futbolçunun əzələ gərginliyinə görə komandadan ayrıldığını açıqlayıb:

“Mateonun bərpası üçün vaxt yoxdur. Buna görə də onu göndərdik. Hazırda heç kimi əvəzedici heyətə çağırmayacağam. İlk oyunu necə keçirəcəyimizi görmək istəyirəm”.

Millətlər Liqasının 1/4 final mərhələsinin İtaliya - Almaniya oyunu bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью