Almaniya İlon Maskı seçkiyə müdaxilədə ittiham edir

31.12.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Almaniya hökuməti milyarder İlon Maskı ölkədəki parlament seçkisinə müdaxilə cəhdində ittiham edib.

Globalinfo.az xəbər verir ki, hökumətin mətbuat katibi Kristian Hoffman Maskı ultrasağçı Almaniya üçün Alternativ (AfD) Partiyasına dəstəkdə ittiham edib:

“Maskın federal seçkilərə müdaxilə cəhdi həqiqətdir. İlon Maskın söz azadlığı haqqı var. Yekunda azadlıq ən axmaq fikirlərə belə aid olur”.

Qeyd edək ki, İlon Mask bundan öncə Almaniya kansleri Olaf Şoltsu axmaq adlandırmışdı. Bundan az sonra isə o, almanları AfD partiyasını dəstəkləməyə çağırmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью