Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb

25.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 25 avqust, AZƏRTAC

Almaniya iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatına görə, bu göstərici gözləntilərdən bir qədər yüksək olub və ardıcıl üçüncü rübdə iqtisadi artım qeydə alınıb. Böyümənin əsas səbəbi ixracın müsbət dinamikası olub. Hesabat dövründə mal və xidmətlərin ixracı əvvəlki üç ayla müqayisədə 2 faiz artıb.

Bununla yanaşı, Almaniyanın büdcə kəsiri artıb. Məlumata əsasən, ilin birinci yarısında dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 3,1 faizini təşkil edib. Bu göstərici Avropa İttifaqının Maastrixt meyarları ilə müəyyənləşdirilən 3 faizlik həddi bir qədər üstələyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью