Icma.az, Azertag saytına istinadən bildirir. Berlin, 15 yanvar, AZƏRTACAlmaniyanın Federal Statistika İdarəsi (Destatis) 2024-cü ildə ölkə i
Bununla da iqtisadiyyatda ardıcıl ikinci il azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ümumi daxili məhsul keçən ilin sonuncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz, 2024-cü il ərzində isə bir əvvəlkinə nisbətən 0,2 faiz azalıb.
Beləliklə, dünyada üçüncü olan Almaniya iqtisadiyyatı 2023-cü ildəki 0,3 faizlik azalmadan sonra ötən il də geriləyib.
Ölkə iqtisadiyyatı sonuncu dəfə 2002-2003-cü illərdə ardıcıl iki il geriləmişdi.
İqtisadi geriləməyə struktur problemləri, satış bazarlarında artan rəqabət, enerji qiymətlərinin bahalaşması, inflyasiya, qeyri-müəyyən iqtisadi gözləntilər və s.
ilə yanaşı, siyasi amillərin, o cümlədən Rusiya-Ukrayna müharibəsi, federal hökumətdəki büdcə mübahisələri və koalision hökumətin çöküşünün də səbəb olduğu bildirilir.
Ölkənin ən iri şirkətləri artan enerji qiymətləri və xaricdən tələbin azalması ilə yanaşı, Çin şirkətlərinin yaratdığı ağır rəqabət nəticəsində ciddi çətinliklərlə üzləşib.