Almaniya İsraili Suriyada hərbi əməliyyatlardan çəkinməyə çağırır

04.04.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Almaniya İsraili “Suriyadakı hərbi əməliyyatlardan çəkinməyə” çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Amelie Tittel bildirib.

Tittel, "İsrailin hərbi tədbirlərinin beynəlxalq hüquqa nə dərəcədə uyğun olduğu bilinmədikcə, İsraili təcili olaraq bu hərbi əməliyyatlardan çəkinməyə çağırırıq",- deyə qeyd edib.

Suriyalılar üçün ən mühüm prioritetin Suriyada uzunmüddətli sabitliyin bərpası olduğunu ifadə edən Tittel bunun təhlükə altına düşməməsi lazım olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью