Almaniya işsizlik problemi ilə üzləşib

30.08.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada işsizlərin sayı son on ildə ilk dəfə olaraq 3 milyon nəfəri ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Almaniyanın Əmək Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, avqust ayında mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlərin sayı 3,02 milyon nəfərə çatıb. Bu, iyul ayı ilə müqayisədə 46 min nəfər çoxdur.

Bundan əlavə, işçi qüvvəsinə tələbat da azalıb. Belə ki, avqustda Almaniyada 631 min vakant iş yeri qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68 min nəfər azdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью