Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın Manheym şəhərinin mərkəzində atışma baş verib. İnsident nəticəsində bir nəfər hadisə yerində həlak olub. Bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, ötən gün axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birində müştərilər arasında mübahisə baş verib. Münaqişə zamanı iştirakçılardan biri atəş açıb. Nəticədə iki nəfər yaralanıb, onlardan biri ölüb. Şübhəli bilinən şəxs hadisə yerindən qaçaraq gizlənib. Əməliyyat nəticəsində polis həmin şəxsi aşkar edib. Onun saxlanılması zamanı polis atəş açmağa məcbur olub və nəticədə şübhəli şəxs zərərsizləşdirilib.
XQ