Almaniya Kanadanın Aİ də assosiativ üzvlüyünə qarşıdır

17.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniya Kanadanın Aİ-yə assosiativ üzvlük statusuna sürətli şəkildə daxil olmasına qarşı çıxır. Bu barədə “Financial Times” (FT) qəzeti məlumat verib. 

Məlumata görə, Berlin bunu digər tərəfdaşların narazılığından ehtiyatlandığı üçün edir. 

Nəşrin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təklifi Avropa Parlamentində ayaq üstə alqışlanıb, lakin Berlin və digər Aİ paytaxtları təmkinlə reaksiya verib. 

Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib ki, ölkəsi yeni tərəfdaşlıq modellərini müzakirə etməyə açıqdır, lakin “assosiativ üzv” termini yenidən nəzərdən keçirilməlidir. Brüsseldəki diplomatlar bu ideyanın üzv dövlətlərlə danışıqlarda məhv ola biləcəyini proqnozlaşdırırlar.

Fon der Lyayen əvvəllər Avropa Birliyinin Kanadaya ilk assosiativ üzvü olmaq imkanı təklif edəcəyini açıqlamışdı. O, qeyd etmişdi ki, Ottava ilə yaxınlaşma müdafiə-sənaye əməkdaşlığını, texnologiya ittifaqını və birgə Arktika layihələrini əhatə edəcək. 

Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni Vaşinqtonla münasibətlərin pisləşməsi fonunda Aİ ilə daha sıx əlaqələr qurmağa çalışır.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью