Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının Qrenlandiya ilə bağlı danışıqların uğurla nəticələnməsi üçün töhfə verdiyini söyləyib. O qeyd edib: “Avropa artıq oyanıb”.
Merz Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ilə görüşü barədə məlumatı X sosial şəbəkəsində paylaşıb. O, “Avropa oyandı” ifadəsini işlədərək qeyd edib ki, Avropa birliyi Qrenlandiya danışıqlarının uğuruna töhfə verir.
Kansler bildirib ki, Almaniya NATO tərəfdaşı olaraq Şimal regionunda təhlükəsizliyin təmin edilməsi üçün daha çox səy göstərəcək və Frederiksen və Nilsenə bu barədə zəmanət verib.
Xatırladaq ki, Merz “Welt” qəzeti tərəfindən təşkil edilən İqtisadi Zirvə Toplantısı çərçivəsində Frederiksen və Nilsen ilə görüşüb.
P.ƏMİRCANOV
XQ