Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 sentyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts partiyasının ictimai rəy sorğularının nəticələrindən məmnun deyil.
AZƏRTAC xəbər verir ki, Kansler bu barədə Xristian Demokrat Birliyinin (CDU) seçki kampaniyası tədbirində çıxış edərkən bildirib.
O üzləşdiyi tənqidlərdən şəxsən əziyyət çəkdiyini də etiraf edib.
"Əlbəttə ki, biz sorğunun nəticələrindən narazıyıq. Əlbəttə ki, mən şəxsən bu geniş yayılmış tənqiddən narahatam", - deyə o bildirib.
Mertsin populyarlığı bir müddətdir ki, rekord səviyyədə aşağı düşüb və hakim CDU/CSU bloku siyasi partiyaların reytinqində Almaniya üçün Alternativ (AfD) Partiyasından geri qalır.