Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

19.07.2026

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel bildirib ki, kansler Fridrix Mertsin rəhbərlik etdiyi Almaniya hökuməti ictimai dəstəyin aşağı olması səbəbindən istefa verməlidir.

AZƏRTAC xəbər verir ki, Maqdeburqda keçirilən seçki tədbirində çıxış edən Alis Vaydel kanslerin reytinqinin 15% olduğunu qeyd edib.

"Almaniya hökuməti sabah istefa versə daha yaxşı olar. Çünki heç bir dəstəyi yoxdur", - deyə siyasətçi bildirib.

Vaydel əvvəllər də Mertsi sərt tənqid edərək onun kansler vəzifəsindən ayrıldıqdan sonra "yanmış torpaq" qoyub gedəcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью