Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb

09.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Mertsin populyarlığı yenidən enməyə başlayıb. Ötən ay effektiv xarici siyasət fonunda artan dəstək bu həftə azalıb.

APA xəbər verir ki, bu barədə "n-tv" telekanalı "Forsa" institutunun sorğusuna istinadən məlumat yayıb.

Yeni federal hökumətin fəaliyyətə başlamasından təxminən iki ay sonra almanların yalnız 38%-i onun işindən razı, 58%-i isə narazıdır.

Bununla paralel olaraq, kansler Fridrix Mertsin fəaliyyəti ilə bağlı narazılıq da artır. Vəzifəyə başladığı ilk həftələrdə onun reytinqi ardıcıl olaraq artaraq 42%-ə çatmışdısa, son bir həftədə bu göstərici 7 faiz bəndi azalaraq 35%-ə düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью