Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

04.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 4 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Almaniya Kansleri Fridrix Merts Kiyevə gözlənilmədən səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

AZƏRTAC xəbər verir ki, Merts jurnalistlərə açıqlamasında səfərinin məqsədinin Almaniyanın Ukraynaya dəstəyi olduğunu bildirib.

"Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”, - deyə Merts dəmir yolu stansiyasında deyib.

O, həmçinin qeyd edib ki, ukraynalılar tezliklə müharibənin beşinci qışına qədəm qoyacaqlar. Rusiya xüsusilə şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalamağa davam edir. Kansler, həmçinin ukraynalıları sındırmağın mümkün olmadığını vurğulayıb.

Bundan əlavə, alman rəsmisi Zelenskiyə davamlı dəstək göstərəcəyinə söz verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью