Almaniya kansleri ölkə prezidenti vəzifəsinə qadın namizəd axtarır

03.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın 70 yaşlı hazırkı Prezidenti Frank-Valter Ştaynmayer ikinci müddətini 2027-ci ildə başa vuracaq. Almaniya Kansleri Fridrix Merts artıq öz partiyası ilə bu yüksək dövlət vəzifəsinə qadının namizədliyini müzakirə edir.

Məlumatı RİA Novosti verib. 

Almaniya kansleri ölkənin ilk qadın prezidentinin olmasını istəyir. O, bu barədə Berlində Xristian Demokrat İttifaqının (CDU) yerli rəhbərləri ilə qapalı görüşdə bildirib. 

“Mən partiyaya konsensus namizədi - siyasi mərkəzdən bir namizəd təklif edəcəyəm... Bir məsələdə qəti əminəm – bu, qadın olmalıdır”, - deyə Bloomberg onun sözlərini sitat gətirir. Amma Merts namizədin adını çəkməyib.

1949-cu ildə Almaniya Federativ Respublikasının qurulduğu vaxtdan bəri prezident vəzifəsini yalnız kişilər tutur. Bu vəzifəyə qadının təyin edilməsi təşəbbüsünü Sosial Demokrat Partiyasından (SPD) və Yaşıllar Partiyasından olan koalisiya tərəfdaşları da dəstəkləyirlər.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью