Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar çağırışlarını rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə BILD nəşri məlumat dərc edib.
Qəzet kanslerdən sitat gətirib: "Danışıqlar ilk növbədə Ukrayna və Rusiya arasında lazımdır. Biz burada vasitəçi kimi çıxış etmirik. Almaniya tərəflər arasında mövcud danışıqları dəstəkləyir və onların mümkün qədər tez başa çatacağına ümid edir".
Bu arada, SPD parlament qrupunun xarici siyasət üzrə nümayəndəsi Adis Axmetoviç Almaniya kansleri Fridrix Merts və Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqlara çağırıb.
Onun sözlərinə görə, danışıqlar prosesində indiyə qədər "az irəliləyiş" əldə edilib və avropalılar danışıqlar masasında yoxdur.
Gülayə Mecid