Almaniya kansleri qəflətən Kiyevə gedib

02.12.2024

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Kyevə rəsmi səfər edib. 
Alman hökumətinin rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Şolts axırıncı dəfə Kiyevə 2,5 il əvvəl getmişdi.
Bu barədə DPA agentliyi məlumat verib.
Şolts Kiyevə qatarda gedib. "Təhlükəsizlik tədbirləri ilə əlaqədar" səfər barəsində əvvəldən məlumat verilməyib. 
Almaniya kansleri bundan əvvəlki açıqlamalarında dekabr ayında Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah verəcəyini bildirib.
Hürr Tərcüman
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью