Almaniya kansleri Trampa babasının doğum haqqında şəhadətnaməsini bağışladı

06.06.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də səfərdə olan Almaniya kansleri Fridirix Merts ABŞ prezidenti Donald Tramp ilə görüş zamanı ona babası Frederik Trampın doğum haqqında şəhadətnaməsini bağışlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd 2 hissədən ibarətdi.

Birinci hissədə şəhadətnamənin alman dilində yazılmış əsli, ikinci hissədə isə onun ingilis dilinə tərcümə edilmiş variantı əks olunub. 

Qeyd edək ki, Frederik Tramp 14 mart, 1869-cu ildə Bavariyada, Kalştadt şəhərində dünyaya gəlib. 1885-ci ildə ABŞ-ə köçən baba Trampın sənəti bərbər olub. Daha sonra bizneslə məşğul olan Frederik Trampın 3 övladı olub - Elizabet, Fred və Con. Donald Tramp Frederik Krist Tramplın övladıdır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью