Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gələcəkdə Moskva ilə mümkün sülh sazişi çərçivəsində Ukrayna bəzi ərazilərinə nəzarəti itirməklə barışmalı ola bilər.
“Retuers” xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, belə güzəştlər Ukraynanın Avropa İttifaqına üzvlük perspektivləri ilə əlaqələndirilir.
Kansler ümid edir ki, Ukrayna əvvəlcə atəşkəs sazişi, daha sonra Rusiya ilə sülh müqaviləsi imzalayacaq: “Bu zaman belə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq ona məxsus olmayacaq”.
Almaniya Kansleri əlavə edib ki, əgər Volodimir Zelenski bu məsələni xalqına çatdırmaq və onların dəstəyini qazanmaq istəyirsə, referendum keçirməlidir.