Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 2 dekabr, AZƏRTAC Almaniya Kansleri Olaf Şolts Ukraynaya səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya kansleri son 2,5 ildə Kiyevə ilk dəfə səfər edib.
O, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətinin təfərrüatlarını Ukrayna liderinə açıqlayıb.
Volodimir Zelenski bu informasiyanı özünün “Telegram” kanalında təsdiqləyib.Putin və Şolts arasında telefon danışığı noyabrın 15-də olub.
Almaniya hökumətindəki mənbənin sözlərinə görə, liderlərin söhbəti bir saata yaxın davam edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.