Almaniya kansleri Ukraynaya yeni yardım paketinə icazə vermədi

10.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya kansleri Olaf Şolts Ukraynaya planlaşdırılan 3 milyard avroluq yeni yardım paketini təsdiqləmədiyi iddiası ilə gündəmdədir.

News24.az xəbər verir ki, “Spiegel” jurnalının məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius Ukraynanın artan silah ehtiyacını qarşılamaq üçün fevralın 23-də keçiriləcək ümumi seçkilər öncəsi təcili əlavə büdcə tələb ediblər.

Bununla belə, kansler Şolts seçki prosesi və SPD (Sosial Demokrat Partiyası) daxilindəki bəzi narahatlıqlar səbəbindən Ukraynaya əlavə hərbi yardımın əleyhinə çıxıb. Məlumata görə, Şoltsun seçkilər ərəfəsində Ukraynaya əlavə silah tədarükünü elan etməsi SPD-nin potensial seçicilərinə mənfi təsir göstərə bilər.

Belə olan halda, Yaşıllar Partiyası silah xərclərinin artırılmasını tələb edərək seçkidə xal toplamaq səylərini davam etdirir.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью